Oxy-Gen Powered
İnsanlar və ətraf mühit üçün təhlükəsiz, davamlı və fasiləsiz olaraq təzə ətir verən effektiv, etibarlı və qənaətcil Hava Baxımı sistemi
"Supreme" dispenseri
İnteryer üçün əla seçimdir
"Supreme"-in yeni dəbli dizaynı istənilən interyerə uyğun olacaq. Müxtəlif rənglərdə və yeni ikirəngli dizaynda olan seçimlər fərqli məkanlara tam uyğunlaşacaq.
88
AZN.
Rəng
"Oxygen-Pro" dispenseri
Sənaye və sanitar ərazilər üçün əla seçimdir
Oxygen-Pro istənilən müəssisə üçün mükəmməl qoxuya nəzarət sistemidir. İstifadəçi dispenseri 30, 60 və ya 90 gün müddətində işləmək üçün proqramlaşdıra bilər.
68
AZN.
"Grande" Kartricləri
15 fərqli təravətə malik seçim mövcuddur
Oxygen-Pro və Supreme dispenserlərində 30/60/90 günlük rejimlər üçün istifadəyə uyğundur.
55
AZN.
Ətir
Necə sifariş etməli
Aşağıdakı addımlar ilə onlayn sifariş yerləşdirə bilərsiniz
  • Məhsulu seç
    Saytımızda mövcud olan məhsulun növünü seçib "İNDİ AL" düyməsini sıxıb alış-veriş səbətinə əlavə edirsiniz. Məhsul sayını həmin an və ya sifarişi təsdiqləyəndə qeyd edə bilərsiniz.
  • Sifarişi təsdiq et
    Açılan pəncərədə ad, email və telefon nömrəsi qeyd edib sifarişi təsdiq edirsiz. Əlavə qeydiniz olsa müvafiq sətrə əlavə edə bilərsiniz.
  • Sifarişin çatdırılması
    İlk sifarişiniz olduğu halda satış nümayəndəsi sizinlə əlaqə saxlayıb sizə uyğun məkanda və vaxtda həm dispenser həm də ətir nümunələrini təqdim edib seçim etməkdə yardımçı olacaq.
  • Korporativ əməkdaşlıq
    Korporativ əməkdaşlıq edib saydan və müqavilə müddətindən asılı olaraq individual qiymət təklifləri üçün sayta qeyd olunan əlaqə vasitələrindən istifadə edib ətraflı məlumat ala bilərsiniz.
ÜSTÜNLÜKLƏR
Məhsulumuzun digərlərindən bir neçə üstünlüyü var
  • SAĞLAM
    Aerozol tipli hava təravətləndiricilərinin tərkibində olan uçucu üzvi birləşmələr (VOC) ilə davamlı təmasda olduğunuz zaman göz, burun, boğaz qıcıqlanması, baş ağrıları, baş gicəllənmə adi hala çevrilə bilər. Astması olanlara isə VOC-lardan uzaq olmaq məslətdir. Kartriclərimiz "Low VOC" satandartına uyğun istehsal olunduğundan sadalanan narahatlıqlar ola bilməz. Bundan əlavə kartriclərdəki ətri yaymaq üçün xüsusi oksigen generatoru tədbiq olunur. Aerozol balonlarındaki kimi təzyiqə ehtiyac olmadığından sağlamlığa zərər verən butan, isobutan və ya propan kimi qazlardan istifadə olunmur.
  • EFFEKTİV
    Təravətləndirilmə üçün istifadə olunan digər vasitələrdən əsas üstünlük odur ki, ətir daimi, fasiləsiz olaraq seçilmiş müddətlər (30/60/90 gün) ərzində ətrafa yayılır. Digər vasitələrdə (avtomatik aerozol balonları) ətir intensivliyi müəyyən olunmuş vaxt intervalında püsgürmələr (9-18-36 dəqiqədən bir) və ya digərlərində (qel tipli) ilk 10-15 günə ərzində intensivlik çox olur və daha sonrakı günlər azalmağa başlayır.

    • Hər zaman təzə ətir
    • Zəmanətli davamlı ətir intensivliyi və pis qoxunun aradan qaldırılması
    • (30/60/90 gün)
    • Quraşdırmaq, idarə etmək və xidmət etmək asandır
    • Divar montajı və ya müstəqil olaraq masa və ya digər əşya üzərinə yerləşdirilə bilmə
    • 100% təhlükəsiz və ekoloji cəhətdən təmiz
  • ƏLA QİYMƏT/KEYFİYYƏT NİSBƏTİ
    Hal-hazırda geniş istifadə ounan aerozol təravətləndiricilər pis qoxu problemini müvəqqəti olaraq həll edir. Sadə hesablama ilə müəyyən etmək olar ki, qeyd olunan müddətlər (misal çün 30 gün) ərzində areozol və ya qel tipli vasitələr ilə daimi ətir yaymaq lazım olsa buna nail olmaq üçün 1 yox 10-larla bu vasitədən almalı olacaqsınız. Bizim "Grande" kartricimiz isə 30/60/90 gün davamlı ətir verə bilir. AA tipli 2 ədəd batareya vasitəsilə işləyən dispenselər üçün bu 365 gün yetərlidir. Amma digərlərində dispenserin işləmə tezliyindən asılı olaraq 30-90 gündən bir dəyişməlidir. Bütün bunlar ən dəyərli olan vaxtınıza qənaət etməyə və əlavə iş yükündən azad olmağa imkan yaradır.
MƏHSULLARIN ƏSAS XÜSUSİYYƏTLƏRİ
  • Oxy-Gen Powered tibbi dərəcəli/patentli hüceyrə texnologiyasından istifadə edir
  • Təmiz oksigen gücü ilə idarə olunan, dəqiq dozada ətir yağının ətrafa yayılmasını təmin edir
  • Oxy-Gen Powered texnologiyası sadə, etibarlı və qənaətcildir
  • Tam olaraq təkrar emal oluna bilən materiallardan hazırlandığından ətraf mühit üçün zərərsizdir
  • Məhsul tək təravətləndirici deyil eyni zamanda pis qoxuları neytrallaşdıra bilən "Neutro-Lox" hissəciklərinə malikdir
  • Bütün ətirlər CARB, IFRA və REACH (Avropa və Böyük Britaniya) standartlarına uyğundur və müvafiq sertifikatları mövcuddur
İSTİFADƏ SAHƏLƏRİ
Məhsulumuzun istifadə sahəsi sizin evinizdən başlayaraq müxtəlif sahələrdə tədbiq edilə bilər
MÜŞTƏRİLƏRİMİZİN MƏHSUL HAQQINDA FİKİRLƏRİ
  • Ellada Musayeva
    Gün ərzində bir neçə qrupa təlimlər keçirəm, VIVIA şirkətinin məhsulunu alana kimi təlim otağında təravət yarada bilmirdim, aerozolların səsi bir tərəfdən mane olurdu, digər tərəfdən ətirləri sanki başağrılarıma səbəb idi. Oxygen pro-dan çox razıyam. İlk müştərilərdən olğudumdan üstəlik 1 ədədin qiymətinə 2 ədəd kartric aldım :) təşəkkürlər Sizə!!
  • Samir Alimov
    Bir hotel administratoru kimi deyə bilərəm ki, Oxygen pro əldə etməklə reception və sanitar qovşaqların təravətləndirmə problemini həll etdim. Çox rahat, əlavə də özləri gəlib vaxtında dəyişib gedirlər. Ömürlük pulsuz servis xidməti :)
  • Musazadə Əkbər
    Nəhayət ki, dırıldayan ya da arada bir pşıx eləyib adam diksindirən səslərdən qurtuldum. Tam səssiz, hara istəsəm qoya bilərəm. Bir az google elədim, çox innovativ bir sistem ilə işləyirmiş.
HAQQIMIZDA
VIVIA MMC şirkətinin əsas fəaliyyət sahəsini xarici bazarda tanınmış brendlərə məxsus qeyri-qida məhsullarının (əsasən təsərrüfat malları və ofis ləvazimatları) topdan və pərakəndə satışı təşkil edir. Əsasən rəsmi distribyutorluq ilə məşğul olmağı məqsəd seçmiş bir şirkət kimi əməkdaşlıq etdiyimiz brendlər keyfiyyət, innovasiya baxımından yalnız öndə olanlardır.
Bizimlə əlaqə:
Email: [email protected]
Tel.: +994 10 510 33 22
Həmçinin bizə sosial şəbəkələrdən yaza bilərsiniz: